BAZAR

14 Avqust

MİQ üzrə növbəti imtahanlar barədə məlumatlar namizədlərin səhifələrinə göndərilib

Bu ilin 21-25 avqust tarixlərində müəllimlərin işə qəbulu imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. 

Təhsil Nazirliyindən bildirilib ki, həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.

Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.