BAZAR

17 İyul

AMEA-da yeni təyinatlar olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinatlar olub.

Fins.az-ın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Müvafiq qərarla kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər.