BAZAR

06 İyul

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, bu gün saat 11:40-dək elektron ərizə verən subbakalavrların sayı 16865-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 14213-dür.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu 1 iyundan başlayıb, 10 iyul saat 23:59-da başa çatacaq. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.