BAZAR

02 İyul

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dizayn ixtisasına qəbulda yenilik tətbiq olunacaq.

UNEC-dən bildirilib ki, yeni qaydalara əsasən, 2020/2021-ci tədris ili üzrə universitetin dizayn ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı verməyəcəklər. Həmin ixtisasa qəbul 11-ci sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Dizayn ixtisasına qəbul olunan abituriyentlər üçün daha bir fürsət isə modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda təhsil almaq imkanıdır. Yeni tədris binasında müasir standartlara cavab verən auditoriyalar, mühazirə otaqları, laboratoriyalar, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları bu ildən tələbələrin istifadəsinə veriləcək. (azertac)