BAZAR

10 İyun

Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

2020/2021-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumilikdə 839 bakalavrın ərizəsi təsdiq edilib. Onlardan 775-i Azərbaycan, 64-ü isə rus bölməsindən olan bakalavrlardır.