BAZAR

08 İyun

Rusiyada tələbələrə məktəblərdə dərs demək hüququ verilir

Rusiyada tələbələr diplom almamış müəllim işləyə biləcəklər.

MK xəbər verir ki, bu barədə Prezident Vladimir Putin fərman imzalayıb.

Daha əvvəl Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin müavini Viktor Smirnov bildirib ki, tədris hüququ pedaqoji universitetlərin sessiyanı uğurla keçən dördüncü kurs tələbələrinə veriləcək. Texniki fakültələrin tələbələri isə tədrisə üçüncü kursdan başlaya biləcəklər.

Tələbələrin tədris üçün yekun qəbul qaydası Maarif, Təhsil və Əmək nazirlikləri tərəfindən hazırlanacaq.