BAZAR

02 İyun

Attestat verilməsi və sinifdən-sinfə keçirilmə ilə bağlı yeni xəbər

“Məzunlara dövlət sənədlərinin (attestat) verilməsi ilə bağlı pedaqoji şuranın toplanması onlayn formada keçirilməlidir. Müəyyən səbəblərdən bu olmadıqda sanitar-gigiyenik qaydalara əməl olunmaqla müəllimlər dəvət edilərək proses icra olunmalıdır”.

Bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Keyfiyyətinin təminatı sektorunun aparıcı məshələtçisi Anar Mirzəzadə deyib.

O bildirib ki, 20-29 avqustda məktəbdaxili qiymətləndirmənin keçirilməsindən sonra pedaqoji şura toplanmalı və şagirdlərin sinifdən-sinfə keçirilməsi təmin olunmalıdır. 

(c)report