BAZAR

01 İyun

İmtahan verəcək şagirdlərlə bağlı MÜHÜM AÇIQLAMA

“200 minə yaxın şagird bir ay ərzində imtahanlarda iştirak edəcək”.

Fins.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, çox mürəkkəb işdir.

“Hər həftəsonu təxminən 45 min insan imtahanlarda iştirak edəcək. Bu prosesə hazırlıq işləri də mürəkkəb oldu. 1500-dən çox orta məktəbə baxış keçirilib”.

Sədr qeyd edib ki, iyun ayı ərzində 190 min insan imtahanlarda iştirak etməlidir:

“Onların 94 min nəfəri 11-ci sinif məzunudurlar və onlar buraxılış imtahanı verirlər. Eyni zamanda, 96 min nəfər doqquzuncu sinif məzunu imtahan verməlidir”.