BAZAR

15 May

Bu ölkədə dərs ili bərpa olunmayacaq

Gürcüstanda 2019-2020-ci dərs ili bərpa olunmayacaq.

Fins.az-ın məlumatına görə “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, tədris prosesi distant formada aparılır.

Baş nazir qeyd edib ki, 12-ci sinid şagirdləri üçün dərs ili mayın 20-də, birinci siniflər üçün isə mayın 27-də başa çatacaq: “Digər şagirdlər dərs ilini iyunun 15-də başa vuracaq. Ali məktəblərə qəbul imtahanları isə adi rejimdə keçiriləcək və tarixlər iyunda elan ediləcək”.