BAZAR

28 Aprel

Nazir dərslər bərpa olunandan sonrakı dövr üçün əsas tələbi açıqladı

"Dərslər bərpa olunduqda məktəblərdə sanitar qaydalarla bağlı tövsiyələr ciddi şəkildə nəzərə alınacaq".

Fins.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bəzi ərazilərdə şagird sıxlığı yüksək olan məktəblər var: "Ehtiyac yarandığı təqdirdə həmin siniflərdə şagird sıxlığının aradan qaldırılması üçün xüsusi yanaşma və qərarlar qəbul ediləcək".