BAZAR

17 Aprel

Bu rayonlarda yeni məktəblər tikiləcək

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderlər elan edir.

Fins.az xəbər verir ki, nazirlik Kürdəmir, Şabran, Ağstafa, Goranboy, Yevlax rayonlarında məktəblərin tikintisi üçün layihə-smeta işləri üçün tenderlər elan edir.

Həmin tenderlər aşağıdakılardır:

  1. Şabran rayonu, Uzunboyad kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  2. Ağstafa rayonu, Sadıqlı kəndində 360 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  3. Goranboy rayonu, Dəliməmədli şəhərində 960 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;         
  4. Şəmkir şəhərində 1600 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  5. Yevlax şəhər 5 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;    
  6. Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması.

Əlaqələndirici şəxs: Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri: 465-73-48