BAZAR

13 Aprel

Bu universitetlərdə oxumaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, müddət mayın 20-dək uzadılıb.

Məlumat üçün bildirək ki, sözügedən proqram üzrə bu i martın 13-də sənəd qəbulu barədə elan verilib.

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.