BAZAR

13 Aprel

"Virtual məktəb" layihəsində şagirdlər bunu edə bilərlər

Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsinə qeydiyyat davam edir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib ki, artıq 230 mindən artıq qeydiyyatdan keçənlər var.

İdarə rəhbəri "Virtual məktəb"də qeydiyyatdan keçib layihə vasitəsilə müəllimlərlə ünsiyyət yarada bilmədiklərini açıqlayan valideynlərin suallarına da aydınlıq gətirib: "Hələ ki şagirdlərin qeydiyyatı aparılır. Müəllimlərin prosesə cəlbi növbəti mərhələdə baş tutacaq. Şagirdlər sistemə daxil olub dərslərə baxa və verilən testləri həll edə bilərlər".