BAZAR

29 Mart

Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Fins.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdən sonra bu barədə əlavə məlumat veriləcək.