BAZAR

29 Mart

Dövlət İmtahan Mərkəzi Fonda pul küçürdü – RƏSMİ

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 1 aylıq vəzifə maaşının 4 mislini, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov  1 aylıq vəzifə maaşını, Mərkəzin digər rəhbər şəxsləri isə aylıq vəzifə maaşının 50%-ni Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.