BAZAR

17 Mart

Azərbaycanın ali təhsil müəssisələri koronavirusa görə məsafədən tədris sisteminə keçə bilər

Dünyada geniş yayılan koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir sıra ali təhsil müəssisələri məsafədən tədris sisteminin tətbiqini nəzərdən keçirir.

Bunu “Neuron Technologies” şirkətinin direktoru Vüqar Quliyev deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair Azərbaycan Dövlət Dəniz Akademiyası ilə danışıqlar aparılır:

“Həmçinin, əməkdaşlıq etdiyimiz Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali təhsil müəssisələri də bu sistemin tətbiqində maraqlarını ifadə ediblər.

Qeyd edim ki, bu universitetlərdə şirkətin məhsulu olan “UniBook” platformasından istifadə olunur:

“Məsafədən tədris sisteminin tətbiqi ilə bağlı bizə müraciətlər daxil olub. Lakin sistemdən istifadə üçün universitetlərin zəruri maddi-texniki bazası olmalıdır ki, bu da təhsil ocaqlarından asılıdır”.

©Apa