BAZAR

16 Mart

Rezidenturaya qəbul imtahanı təxirə salınıb

Aprelin 19-da keçirilməsi planlaşdırılan rezidenturaya qəbul imtahanı təxirə salınıb. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. 

Qərar koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq verilib.

©Apa