BAZAR

07 Fevral

Evdən çıxmadan magistr diplomuna sahib ol – onlayn diplom əldə etmə imkanı yaradılıb

ABŞ-ın “University of Texas at Austin” Universiteti magistr diplomunu onlayn olaraq əldə etmək imkanını yaradıb.

Fins.az xəbər verir ki, onlayn tədrisin qiyməti 10 000 ABŞ dollarıdır.

Onlayn tədris prosesi 1 il yarımdan 3 ilə qədər davam edir, ümumi olaraq 10 kursu ehtiva edir.

Qeyd edək ki, sözügedən universitet Kompüter Elmləri üzrə ABŞ-da ən yaxşı universitetlərin 10-luğunda yer alır. Diplomda onlayn olub-olmadığı yazılmır,  onlayn tədris keçən tələbələr kampusda oxuyanlarla eyni diplomu alır.

Ətraflı məlumat almaq üçün LİNK-ə keçid edin

©Ted.az