BAZAR

20 Yanvar

Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə! -Vaxt açıqlandı

Bu ilin ilk 3 ayı ərzində magistratura və doktoranturaya qəbul imtahanlarının, eləcə də sınaq imtahanlarının vaxtı açıqlanıb.
Fins.az xəbər verir ki, yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçiriləcək. Fevralın 2-də isə magistraturaya qəbul olmaq istəyənlər kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı verəcəklər.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının fevralın 23-də keçirilməsi nəzərdə tutulur.