BAZAR

16 Yanvar

Türkiyədə təqaüdlə oxumaq istəyənlərin nəzərinə: Sənəd qəbulu davam edir

Türkiyə Respublikasının 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu davam edir

Fins.az xəbər verir ki, proqrama müraciət üçün ayrılan vaxt 2020-ci ilin 20 fevral tarixində yekunlaşacaq.

Təhsil səviyyəsinə uyğun aylıq təqaüdlər bakalavriat səviyyəsi üzrə 700 TL; magistratura səviyyəsi üzrə 950 TL; doktorantura səviyyəsi üzrə isə 1400 TL müəyyənləşdirilib

Qeyd edək ki, bu təqaüd proqramı tələbələr üçün nəzərdə tutulan bütün xərcləri əhatə edir. Sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir.