Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 682 manatdır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) illik hesabatında qeyd olunub.
Bildirilir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.