Elm

18 Dekabr

Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.

Hökümətlərarası Təqaüd Proqramları ( HTP ) çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulunun son müddəti Çin təqaüd proqramı üzrə 6 yanvar, Macarıstan təqaüd proqramı üzrə isə 15 yanvar 2020-ci il tarixinədək uzadılıb.

Eyni zamanda, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib.

Ətraflı məlumatla Çin və Macarıstan elan mətnlərindən tanış ola bilərsiniz.