BANK

20 Fevral

Azərbaycan banklarının "Bloomberg" ticarət sistemindəki əməliyyatlarının sayı və həcmi azalıb

2025-ci il ərzində Blumberq ticarət sistemi-də banklar arasında ümumi həcmi 65,4 milyard manat olan 3 661 ədəd əqd bağlanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 35,8% və 2,7% azdır.

Bildirilib ki, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Əməliyyatların cəmi həcminin 95%-i 1-3 günlük əqdlər hesabına formalaşıb.

Fuad Mədətov
Finss.az