2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları və ya 19,8% artaraq 85,1 milyard ABŞ dollarına çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq ilin sonunda 11,5 milyard ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin sonunda ölkənin cəmi strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Dekabr ayının sonuna strateji ehtiyatlar 38 aylıq mal və xidmət idxalını təmin etməyə yetib. Eyni zamanda, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib.
Bu göstəricilər Azərbaycanın xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlılığını və borc risklərinin tam şəkildə idarə olunduğunu nümayiş etdirir. Ölkənin yüksək valyuta ehtiyatları iqtisadi sabitliyin qorunmasına və maliyyə dayanıqlılığının təmin edilməsinə xidmət edir.
Fuad Mədətov
Finss.az
