Azərbaycanda təbii resursların idarə olunmasında fiskal intizam güclənib.
Finss.az Avroya Yenidənqurma və İnkişaf Bankına (AYİB) istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunu tənzimləyən fiskal qaydaları tətbiq etməklə şəffaflığı və fiskal məsuliyyəti artırıb.
2026–2030-cu illər üçün təklif olunan İqtisadi İdarəetmə Strategiyasında qeyd olunur ki, resurslara malik olub aydın fiskal və tənzimləyici çərçivələr tətbiq edən ölkələr daha yüksək sabitlik və hesabatlılıq səviyyəsinə nail olublar, islahatlar aparmayan dövlətlər isə qeyri-səmərəli idarəetmə və mənfəətyönümlü davranış riskləri ilə üzləşməyə davam edir.
Strategiya bankın uzunmüddətli sistemli dəyişikliklərə fokuslanmasını, daxili və xarici kapitalın cəlb olunmasını, özəl sektorun artımını və innovasiyalarını stimullaşdıran rəqabətli biznes mühitinin formalaşmasını hədəfləyir. Həmçinin dövlətin ənənəvi nəzarət etdiyi sahələrdə özəl şirkətlərin iştirakını artırmaq, bank kapitalını müəssisələrin formalaşdırılması və inkişafı üçün istifadəni təşviq etmək və dövlət müəssisələri ilə maliyyə institutlarının şəffaflığını yüksəltmək planlaşdırılır.
Fuad Mədətov
Finss.az
