BANK

11 Fevral

Vatikan Bankı katolik dəyərlərinə əsaslanan iki fond indeksi istifadəyə verdi

Finss.az - Vatikan Bankı (IOR) katolik prinsiplərinə uyğun seçilmiş şirkətlərin səhmlərini əhatə edən iki yeni fond indeksini bazara çıxarıb.

İndekslər ABŞ və avrozonanı əhatə edir və hər birində 50 iri və orta kapitallaşmalı şirkət yer alır.

Yeni ABŞ indeksində Meta və Amazon, avrozonada isə ASML Holding və Deutsche Telekom ən böyük paya sahibdir. Layihə katolik investorlar üçün etik investisiya meyarı yaratmaq məqsədi daşıyır.

Ekspertlərin fikrincə, bu addım Vatikanın maliyyə idarəçiliyində islahatlar və şəffaflığın artırılması istiqamətində atdığı addımların davamıdır. Bununla belə, bazarda artıq mövcud olan katolik və ESG yönümlü investisiya məhsulları ilə rəqabət gözlənilir.

Yeni indekslərin təqdimatı Vatikanın artan büdcə kəsiri və maliyyə problemləri fonunda baş verir.