BANK

11 Fevral

Azərbaycan banklarının kənd təsərrüfatı üzrə biznes kredit portfeli böyüyüb

Azərbaycan banklarının 2026-cı ilin yanvarın 1-nə kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli 2,087 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 48,7 milyon manat və ya 2,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 300,9 milyon manat və ya 16,8% artım deməkdir.

Sahə üzrə bankların verdiyi biznes kreditlərin məbləği:

  • 2025-ci ilin dekabrın 1-nə: 2,038 milyard manat
  • 2025-ci ilin yanvarın 1-nə: 1,786 milyard manat

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 30,063 milyard manat olub. Kredit portfelinin strukturunda:

  • Biznes kreditləri: 53,6% (16,106 milyard manat)
  • İstehlak kreditləri: 31,1% (9,354 milyard manat)
  • İpoteka kreditləri: 15,3% (4,602 milyard manat)

Fuad Mədətov
Finss.az