2026-cı ilin yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 16,772 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki aya nisbətən 590,6 milyon manat və ya 3,6%, illik müqayisədə isə 2,1 milyard manat və ya 14,4% artım deməkdir.
Əmanətlərin valyuta üzrə bölgüsü belə olub:
- Milli valyuta (manat) ilə əmanətlər: 11,602 milyard manat
- Dekabr ayı ilə müqayisədə 591,8 milyon manat və ya 5,4% artıb
- İllik müqayisədə 1,9 milyard manat və ya 19,2% artım
- Xarici valyuta ilə əmanətlər: 5,170 milyard manat
- Dekabr ayı ilə müqayisədə 1,1 milyon manat və ya 0,02% azalıb
- İllik müqayisədə 237,7 milyon manat və ya 4,8% artıb
Beləliklə, yanvarın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutada olan əmanətləri 6,433 milyard manat və ya 2,2 dəfə üstələyib.
Bu məlumatlar Azərbaycan bank sistemində milli valyutada əmanətlərin artmaqda olduğunu və əhalinin manatla qənaət etməyə üstünlük verdiyini göstərir.
Fuad Mədətov
Finss.az
