BANK

10 Fevral

Azərbaycanda tikinti sektorunun kredit portfeli artıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların tikinti sektoru üzrə biznes kredit portfeli 1,717 milyard manat təşkil edib.

Finss.az  Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 166 milyon manat və ya 10,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 348,2 milyon manat və ya 25,4% artım göstərib.

Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin həcmi 2025-ci ilin dekabrın 1-nə 1,551 milyard manat, ötən ilin yanvarın 1-nə isə 1,369 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,063 milyard manat olub.

Kredit portfelinin strukturunda biznes kreditləri 53,6% (16,106 milyard manat), istehlak kreditləri 31,1% (9,354 milyard manat), ipoteka kreditləri isə 15,3% (4,602 milyard manat) paya malikdir.

Fuad Mədətov
Finss.az