2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların informasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 784,8 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 38,1 milyon manat və ya 5,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 148,9 milyon manat və ya 23,4% artım göstərib.
Belə ki, informasiya və rabitə sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin həcmi 2025-ci ilin dekabrın 1-nə 746,7 milyon manat, ötən ilin yanvarın 1-nə isə 635,9 milyon manat təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,063 milyard manat olub.
Kredit portfelinin strukturunda biznes kreditləri 53,6% (16,106 milyard manat), istehlak kreditləri 31,1% (9,354 milyard manat), ipoteka kreditləri isə 15,3% (4,602 milyard manat) paya malikdir.
Fuad Mədətov
Finss.az
