BANK

10 Fevral

Azərbaycanda sənaye sektoru üzrə biznes kredit portfeli artıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların sənaye sektoru üzrə biznes kredit portfeli 2,780 milyard manat təşkil edib.

Finss.az  Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici dekabrın 1-i ilə müqayisədə 103,2 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrünə nisbətən isə 69,2 milyon manat və ya 2,5% artım deməkdir.

Məlumata görə, 2025-ci ilin dekabrın 1-nə sənaye sektoru üzrə bank kreditlərinin məbləği 2,677 milyard manat, 2025-ci ilin yanvarın 1-nə isə 2,711 milyard manat təşkil etmişdi.

Qeyd olunur ki, 2026-cı ilin yanvarın 1-nə bankların ümumi kredit portfeli 30,063 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,6% (16,106 milyard manat), istehlak kreditləri 31,1% (9,354 milyard manat)ipoteka kreditləri 15,3% (4,602 milyard manat) paya malikdir.

Fuad Mədətov
Finss.az