BANK

10 Fevral

AMB-nin valyuta ehtiyatları artıb

2026-cı ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,563 milyard ABŞ dolları səviyyəsində olub.

Finss.az  AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici yanvarın 1-i ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 0,4% artım deməkdir.

Məlumata görə, son 1 ildə AMB-nin valyuta ehtiyatları 575 milyon ABŞ dolları və ya 5,2% artaraq ölkənin xarici maliyyə dayanıqlığını gücləndirib.

Fuad Mədətov
Finss.az