2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,907 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 16,6 milyon manat və ya 0,9%, illik müqayisədə isə 446 milyon manat və ya 30,5% artım deməkdir.
Məlumata görə, 2025-ci ilin dekabrın 1-nə nəqliyyat sektoru üzrə biznes kreditlərin məbləği 1,890 milyard manat, 2025-ci ilin yanvarın 1-nə isə 1,461 milyard manat olmuşdu. Bu, bankların nəqliyyat sahəsinə yönəlmiş kredit fəaliyyətində illik baxımdan əhəmiyyətli genişlənməni göstərir.
Eyni zamanda, 2026-cı ilin yanvarın 1-nə bankların ümumi kredit portfeli 30,063 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 53,6% (16,106 milyard manat), istehlak kreditləri 31,1% (9,354 milyard manat), ipoteka kreditləri isə 15,3% (4,602 milyard manat) paya malikdir.
Fuad Mədətov
Finss.az
