2026-cı ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar vasitəsilə ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 19,053 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 334,7 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,022 milyard manat və ya 11,9% artım deməkdir.
Qeyd olunur ki, ümumilikdə real sektora kredit qoyuluşu üzrə ölkənin kredit portfeli 32,471 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, illik müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım nümayiş etdirir.
Fuad Mədətov
Finss.az
