2026-cı ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,413 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 118,8 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 261,2 milyon manat və ya 6,3% artım deməkdir.
Eyni dövrdə ölkədə real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,471 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, illik müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az
