BANK

09 Fevral

Azərbaycanda BKM vasitəsilə ödəniş əməliyyatlarının sayı 17,8 min olub

2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda Beynəlxalq Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 17,8 min ödəniş əməliyyatı aparılıb və əməliyyatların ümumi məbləği 2 milyon avro təşkil edib.

Finss.az  Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı təxminən 1,2 min əməliyyat və ya 7,2% azalıb, əməliyyatların ümumi məbləği isə dəyişməyib. 2024-cü ildə BKM vasitəsilə 16,6 min əməliyyat həyata keçirilmiş və onların ümumi məbləği də 2 milyon avro olub.

Qeyd olunur ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Bu sistem banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun icrasını təmin edir, müxtəlif bank kartları ilə aparılan əməliyyatların problemsiz həyata keçirilməsini təmin edən bir “körpü” funksiyasını yerinə yetirir.

Fuad Mədətov
Finss.az