2025-ci ilin sonuna qədər Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 24 000 emal olunmuş ödəniş əməliyyatı həyata keçirilib və əməliyyatların ümumi məbləği 5,9 milyon dollar təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı təxminən 3,2 min ədəd və ya 11,8 faiz azalıb, əməliyyatların həcmi isə 700 min dollardan çox artaraq təqribən 10,6 faiz yüksəlib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan BKM vasitəsilə 27,2 min ödəniş əməliyyatı həyata keçirilib və əməliyyatların ümumi məbləği 6,6 milyon dollar olub.
BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Bu mərkəz banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun icrasını təmin edir, müxtəlif bankların kartları ilə aparılan əməliyyatların problemsiz həyata keçirilməsini təmin edən bir “körpü” funksiyasını yerinə yetirir.
Fuad Mədətov
Finss.az
