BANK

09 Fevral

Azərbaycanda kart ödənişləri üzrə emal göstəriciləri artıb

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 3,9 milyard manat məbləğində 82,8 milyon emal olunmuş ödəniş əməliyyatı həyata keçirilib.

Finss.az  Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə emal olunan əməliyyatların sayı 15,2 milyon və ya 22,5%, dəyər baxımından isə 689 milyon manat və ya 20,4% artıb.

Qeyd edək ki, 2024-cü ildə ölkədə Banklararası Kart Mərkəzi vasitəsilə 3,2 milyard manat məbləğində 67,6 milyon ödəniş əməliyyatı icra olunub.

Xatırladaq ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. BKM banklar arasında kart əməliyyatları üzrə məlumatların ötürülməsini və yekun icranı həyata keçirərək, müxtəlif bankların kartları ilə aparılan ödənişlər arasında “körpü” funksiyasını yerinə yetirir.

Fuad Mədətov
Finss.az