2026-cı ilin yanvarın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 3,624 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 474,6 milyon manat və ya 15,1% çoxdur.
Hesabat dövründə yeni kredit qoyuluşlarının 3,258 milyard manatı milli valyutada verilmiş kreditlərin payına düşüb. Manatla təqdim olunan kreditlərin 987,8 milyon manatı qısamüddətli, 2,271 milyard manatı isə uzunmüddətli kreditlər olub.
Xarici valyutada verilmiş yeni kreditlərin həcmi isə 366,1 milyon manat təşkil edib. Bu məbləğin 196,6 milyon manatı qısamüddətli, 169,5 milyon manatı isə uzunmüddətli kreditlər olub.
2025-ci ilin yanvarın 1-nə olan göstəricilərlə müqayisədə 2026-cı ilin əvvəlində milli valyutada verilmiş yeni kreditlər 436 milyon manat və ya 15,4%, xarici valyutada verilmiş kreditlər isə 38,6 milyon manat və ya 11,8% artıb.
Beləliklə, hesabat dövründə manatla yeni kredit qoyuluşları xarici valyutada olan kreditləri 2,892 milyard manat və ya 8,9 dəfə üstələyib ki, bu da kredit bazarında milli valyutanın üstün mövqeyini göstərir.
Fuad Mədətov
Finss.az
