BANK

06 Fevral

Azərbaycanda AÖS üzrə əməliyyatların həcmi artıb

2025-ci ildə Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 368,8 milyon manat, miqdarı isə 1,5 milyon ədəd olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə AÖS üzrə əməliyyatların həcmi 258,9 milyon manat və ya 3,4 dəfə, əməliyyatların sayı isə 1,384 milyon ədəd və ya 15 dəfə artıb.

Qeyd edək ki, 2024-cü ildə Ani Ödənişlər Sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi 109,9 milyon manat, sayı isə cəmi 99 min ədəd təşkil edib.

Bank sektorunun ümumi göstəricilərinə gəldikdə, 31 dekabr 2025-ci il tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın:

  • 502 filialı,
  • 87 şöbəsi,
  • 3 486 bankomatı mövcud olub.

Hesabat dövründə bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27 389 nəfərə, ilin əvvəli ilə müqayisədə isə 8% və ya 2 026 nəfər yüksəlib.

2025-ci ilin sonuna bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az