BANK

05 Fevral

Azərbaycanda bankomat əməliyyatlarının sayı və məbləği artıb

2025-ci ildə Azərbaycanda bankomatlardan nağd pul çıxarışlarının sayı 16,8 milyon əməliyyat olub və bu əməliyyatların ümumi dəyəri 4,6 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə əməliyyat sayı 137 min və ya 0,8%, dəyər ifadəsində isə 466 milyon manat və ya 10,7% artım göstərib.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 olub. Bank sektorunda çalışanların sayı 1,4% artaraq 27,389 nəfər, ilin əvvəli ilə müqayisədə isə 8% və ya 2,026 nəfər artım göstərib.

2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az