BANK

05 Fevral

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

2026-cı ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 526,476 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 1,1 milyon manat və ya 0,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 53,2 milyon manat və ya 11,2% çoxdur. Region üzrə kreditlərin orta faiz dərəcəsi 19,73%, milli valyutada yerləşdirilmiş kreditlərin həcmi 525,945 milyon manat, sərbəst dönərli valyutada isə 531 min manat olub.

Eyni dövr üçün Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşları 26,516 milyon manat təşkil edib. Aylıq müqayisədə bu göstərici 2 milyon manat və ya 8,1%, illik müqayisədə isə 17 milyon manat və ya 2,8 dəfə artıb. Region üzrə kreditlərin orta faiz dərəcəsi 14,42%, milli valyutada yerləşdirilmiş kreditlərin həcmi 17,484 milyon manat, sərbəst dönərli valyutada isə 9,033 milyon manat təşkil edib.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 552,992 milyon manat olub.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycan üzrə ümumi kredit qoyuluşları 30,063 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 377,5 milyon manat və ya 1,3%, 2025-ci ilin yanvarın 1-nə nisbətən isə 2,6 milyard manat və ya 9,4% artım deməkdir.

Fuad Mədətov
Finss.az