2025-ci ildə Azərbaycanda AZİPS sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi 99,4 milyard manat, sayı isə 304,3 min ədəd təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə əməliyyatların həcmi 20 milyard manat və ya 25,2%, sayı isə 48,7 min ədəd və ya 19,1% artıb.
2024-cü ildə AZİPS vasitəsilə əməliyyatların həcmi 79,4 milyard manat, sayı isə 255,6 min ədəd olmuşdu.
Bank sektorunda 2025-ci ilin sonuna olan göstəricilər:
- Filial sayı: 502
- Şöbə sayı: 87
- Bankomat sayı: 3 486
- Bank sektorunda çalışanlar: 27 389 nəfər (illik artım 8% və ya 2 026 nəfər)
- Bankların cəmi aktivləri: 57,086 milyard manat
- Məcmu öhdəliklər: 49,744 milyard manat
- Balans kapitalı: 7,343 milyard manat
Fuad Mədətov
Finss.az
