2026-cı ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına banklar və qeyri-bank kredit təşkilatları tərəfindən xalis kredit qoyuluşu 31,947 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay öncəki ilə müqayisədə 495,6 milyon manat (1,6%), 2025-ci ilin yanvarın 1-nə nisbətən isə 2,7 milyard manat (9,1%) artım deməkdir.
Kredit qoyuluşunun pay bölgüsü belədir:
- Dövlət bankları: 7,867 milyard manat (ümumi kredit qoyuluşunun 24,6%-i)
- Özəl banklar: 22,196 milyard manat (69,5%)
- Qeyri-bank kredit təşkilatları: 1,884 milyard manat (5,9%)
Aylıq və illik artım göstəriciləri:
- Dövlət bankları: aylıq 232,1 milyon manat (3%), illik 716,6 milyon manat (10%)
- Özəl banklar: aylıq 145,4 milyon manat (0,7%), illik 1,9 milyard manat (9,2%)
- Qeyri-bank kredit təşkilatları: aylıq 118,2 milyon manat (6,7%), illik 73,1 milyon manat (4%)
Fuad Mədətov
Finss.az
