Azərbaycan Mərkəzi Bankı (AMB) lombardlar və lizinq sahəsində yeni qanun layihələri hazırlayıb və bu sahədə istehlakçı hüquqlarının qorunmasına daha çox fokuslanacaq.
Finss.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
T.Kazımov qeyd edib ki, lizinq haqqında yeni qanunun layihəsi də hazırdır və yaxın zamanda müvafiq dövlət qurumlarının rəyi alınır:
"Düşünürəm ki, sənəd bu il qəbul olunacaq. Qanun layihələri lombardlar və lizinq sahəsində fəaliyyət göstərən maliyyə institutları üçün yeni standartlar müəyyən edəcək və istehlakçıların hüquqlarını qorumağa yönələcək."
Fuad Mədətov
Finss.az
