2025-ci ilin sonuna ölkə üzrə unikal əmanətçilərin sayı 194 mini ötüb. Əhalinin müddətli əmanətləri 19,9% artaraq 103 milyard manatı keçib.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
AMB sədri qeyd edib ki, maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi üçün likvidliyin örtülməsi əmsalı tətbiq olunub. Bu, bankları daha çox müddətli depozitlərin cəlb edilməsinə təşviq edib. Sistem əhəmiyyətli banklarda depozit faizləri 6% səviyyəsində idi. Likvidliyin örtülməsi əmsalı və faiz xərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra bankların faiz xərcləri artıb.
T. Kazımov bildirib ki, bu islahatların nəticəsi olaraq 2025-ci ildə əhalinin müddətli əmanətləri 19,9% və ya 1,7 milyard manat artaraq 103 milyard manatı ötüb.
Qeyd olunub ki, 2023-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilərin sayı 106,7 min nəfər təşkil edirdi, 2025-ci ilin sonuna isə 194 mini aşmışdır.
AMB sədri vurğulayıb ki, son 30 ildə formalaşan təxminən 100 minlik əmanətçi bazası cəmi son 2 il ərzində iki dəfəyə yaxın artım nümayiş etdirib.
Fuad Mədətov
Finss.az
