2025-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta hərraclarında xalis olaraq 540 milyon ABŞ dolları həcmində artıqlıq qeydə alınıb. Əhali isə nağd valyutanı almaqdansa daha çox satıb.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
AMB sədri qeyd edib ki, 2025-ci ildə fiskal və özəl sektorun tələbatı nəzərə alınmaqla valyuta hərracları üzrə xalis 540 milyon ABŞ dolları həcmində artıqlıq yaranıb. Bu artıqlığın bir hissəsi Maliyyə Nazirliyinə manata çevrilmədən transfer olunub, lakin tələb yarandığı halda bu vəsait bazarda istifadə ediləcək.
T. Kazımov həmçinin bildirib ki, əhali nağd valyutanı almaqdansa satıb, transfer məbləğini nəzərə aldıqda, bazarda təxminən 400–450 milyon dollar qədər az valyuta satılıb, çünki tələb aşağı olub.
Yanvar ayında isə valyuta bazarında satış göstəriciləri plana nisbətən aşağı olub:
- Satış: 300–350 milyon ABŞ dolları (plan üzrə ~700 milyon dollar)
- Nağd alış: 18 milyon dollar mənfi saldo – son 3–4 ilin ən aşağı yanvar göstəricisi
AMB sədri vurğulayıb ki, bütün bunlar valyuta bazarında sabitliyin qorunduğunu və hazırda ciddi risklərin mövcud olmadığını göstərir.
Fuad Mədətov
Finss.az
