BANK

05 Fevral

Azərbaycan Mərkəzi Bankı 2026–2027-ci illər üçün enerji qiymət proqnozlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında enerji resursları üzrə orta müddətli qiymət proqnozlarını açıqlayıb.

Finss.az xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ildə neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiymətinin isə 269 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

AMB sədri bildirib ki, 2027-ci il üzrə gözləntilərə əsasən, neftin 1 barelinin orta qiymətinin 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiymətinin isə 254 ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Fuad Mədətov
Finss.az