BANK

05 Fevral

Azərbaycanın CƏB göstəriciləri müsbət zonada: 2026–2027 proqnozları açıqlanıb

Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) orta müddətli dövrdə müsbət qalacağı proqnozlaşdırılır və 2026-cı ildə CƏB profisitinin 2,8–3 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

AMB sədrinin sözlərinə görə, mövcud proqnozlar neftin bir barelinin orta qiymətinin 64 ABŞ dolları, təbii qazın qiymətinin isə 269 ABŞ dolları səviyyəsində formalaşması əsasında hazırlanıb.

T.Kazımov qeyd edib ki, 2027-ci ildə də cari əməliyyatlar balansının müsbət qalacağı, həmin dövrdə CƏB profisitinin 2,7–2,8 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

T.Kazımov əlavə edib ki, cari əməliyyatlar balansının profisitli qalması ölkənin xarici mövqeyinin dayanıqlığını və makroiqtisadi sabitliyi dəstəkləyən əsas amillərdən biridir.

Fuad Mədətov
Finss.az