BANK

05 Fevral

Taleh Kazımov ÜDM və qeyri-neft-qaz sektoru artım proqnozlarını açıqlayıb

Azərbaycanın iqtisadi artımının 2026-cı ildə 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 4 faiz olacağı proqnozlaşdırılır.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

AMB sədri əlavə edib ki, 2027-ci ildə ölkənin iqtisadi artımı 2,9 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 4,3 faiz səviyyəsində proqnozlaşdırılır.

T.Kazımov vurğulayıb ki, qeyri-neft sektorunun artımı iqtisadi diversifikasiyanın və dayanıqlı inkişafın əsas göstəricilərindən biridir.

Fuad Mədətov
Finss.az